İngiltərə

“Mançester Siti”dən ilk oyunda 9 cavabsız qol

Futbol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

“Tottenhem” doğma meydanda Londonun digər təmsilçisi “Çelsi” ilə üz-üzə gəlib. Paytaxt derbisində meydan sahibləri minimal hesabla qalib gəliblər.

Yarımfinalın digər cütündə turnirin sonuncu qalibi “Mançester Siti” “Barton”la üz-üzə gəlib. Elita təmsilçisi aşağı liqa təmsilçisini meydana çıxmağa peşman edib və cütün taleyinə elə ilk oyundaca aydınlıq gətirib.

İngiltərə Liqa Kuboku
Yarımfinalın ilk oyunları

8 yanvar

Tottenhem – Çelsi 1:0
Qol: H.Keyn, 27-pen.

9 yanvar

Mançester Siti - Barton 9:0
Qol: De Breyne, 5. Q.Xesus, 30; 34; 57; 65. Zinçenko, 37. Foden, 62. Uolker, 70. Mahrez, 83.