İngiltərə

İngiltərədə ilin məşqçisinin adı açıqlandı

İngiltərədə 2018-ci ilin ən yaxşı yerli baş məşqçisinin adı müəyyənləşib.

Dsport.az xəbər verir ki, milli komandanın baş məşqçisi Qaret Sautqeyt, İngilətərədə ilin ən yaxşı mütəxəssisi seçilib. 

Bu barədə İngiltərə Futbol Assosiasiyasının rəsmi “tvitter” hesabından məlumat paylaşılıb.

48 yaşlı mütəxəssis 2016-cı ildən İngiltərə millisinin baş məşqçisidi. Onun rəhbərlik etdiyi kollektiv DÇ-2018-də 4-cü yerin sahibi olmuşdu.