İngiltərə

“Mançester Siti” ilk məğlubiyyətini “Çelsi”dən aldı

Futbol üzrə İngiltərə Premyer Liqasında 16-cı tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib. 

“Mançester Yunayted” “Fulhem”i, “Arsenal” isə “Haddersfild”i qəbul edib. Hər iki oyunda meydan sahibləri qələbə qazanıblar. 

"Liverpul" səfərdə "Bornmut"u darmadağın edibsə, "Tottenhem" də "Lester" üzərində inamlı qələbəyə sevinib.

Turun mərkəzi görüşü Londonda olub. “Çelsi” öz meydanında lider “Mançester Siti”ylə münasibətlərinə aydınlıq gətirib. "Zadəganlar" bu oyunda inamlı qələbəyə seviniblər. Nəticədə "Mançester Siti" mövsümdə ilk məğlubiyyətini alıb.

İngiltərə Premyer Liqası
16-cı tur

8 dekabr

Bornmut - Liverpul 0:4
Qol: Salah, 25; 48; 77. Kuk, 68-öz qapısına.

Arsenal - Haddersfild 1:0
Qol: Torreyra, 83.

Bernli - Brayton 1:0
Qol: Tarkovski, 40.

Kardiff Siti - Sauthempton 1:0
Qol: Peterson, 74.

Mançester Yunayted - Fulhem 4:1
Qol: E.Yanq, 13. Mata, 28. Lukaku, 42. Reşford, 82 - Kamara, 67-pen.

Vest Hem - Kristal Pelas 3:2
Qol: Snodqrass, 48. Çiçarito, 62. Anderson, 65 - Makartur, 6. Şlupp, 76

Çelsi - Mançester Siti 2:0
Qol: Kante, 45. D.Luis, 78.

Lester - Tottenhem 0:2
Qol: S.H.Min, 45. D.Alli, 58.

9 dekabr

20:00 Nyukasl - Vulverhempton

10 dekabr

00:00 Everton - Uotford