İngiltərə

“Qarabağ”ın rəqibindən MY ilə heç-heçə

Futbol üzrə İngiltərə çempionatında 15-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Arsenal” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Mançester Yunayted”lə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu görüşdən heç-heçə ilə ayrılıb - 2:2.

“Arsenal” 15 oyundan sonra 31 xalla 20 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

“Qarabağ” “Arsenal”a qarşı ilk oyununu oktyabrın 4-də Bakıda keçirib və 0:3 hesabıyla uduzub. Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 13-də Londonda baş tutacaq.