İngiltərə

Premyer Liqa klubunda alman baş məşqçi

İngiltərənin “Sauthempton” klubunun yeni baş məşqçisinin adı bəlli olub.

Dsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin “sükanı arxasına” Ralf Hazenhyuttl təyin olunub. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, alman mütəxəssislə 2,5 illik müqavilə imzalanacağı bildirilib.

Ralf Hazenhyuttl son olaraq, Almaniyanın “Leyptsiq” klubunu çalışdırıb.

“Sauthempton” dünən baş məşqçisi Mark Hyuzla yollarını ayırmışdı. Komanda Premyer Liqada 14 turdan sonra turnir cədvəlində 9 xalla 18-ci sırada qərarlaşıb.