İngiltərə

Runi son oyununa çıxdı

Karyerasını ABŞ-ın “Di-Ci Yunayted” klubunda davam etdirən Ueyn Runi İngiltərə millisində son oyununu keçirib.

Dsport.az xəbər verir ki, İngiltərə - ABŞ yoxlama oyunu (3:0) 33 yaşlı futbolçu üçün vida matçı olub. Runi qarşılaşmanın 58-ci dəqiqəsində meydana çıxıb. Bu, onun millidə 120-ci oyunu olub.

2003-cü ildə İngiltərə millisində debüt edən Runi, 53 qolla yığmanın bombardiridir.

Runi futbolçu karyerasının çox hissəsini "Mançester Yunayted"də keçirib.