İngiltərə

“Liverpul”un futbolçusuna bukmeker ittihamı

İngiltərə Futbol Assosiasiyası “Liverpul”un futbolçusu Daniel Starrricə qarşı ittiham irəli sürüb.

Dsport.az xəbər verir ki, Starric futbol oyununa pul qoyuluşu ilə bağlı qaydaları pozmaqda ittiham olunur. 

Ona qarşı iki qayda pozuntusu ilə bağlı iş açılıb. Futbolçu noyabrın 20-nə qədər ittihamlara cavab verməlidi.

Məlumata görə, Starric bu il yanvarın 18-də iki oyuna pul qoyuluşu edib.

Digər ittiham isə onun, üçüncü şəxsə məlumat ötürməsi ilə bağlıdı. Bu məlumatdan da futbol oyununa pul qoyuluşu zamanı istifadə olunub.