İngiltərə

Daha bir məşhur futbolçu karyerasını başa vurdu

İngiltərənin “Çelsi” klubunun sabiq futbolçusu Co Koul karyerasını bitirib.

Dsport.az xəbər verir ki, bu barədə futbolçu İngiltərə mətbuatına açıqlamasında deyib. 

Karyerası ərzində London klubu ilə yanaşı, “Vest Hem”, “Liverpul”, “Lill” kimi klublarda da forma geyinən Koul, son olaraq ABŞ-ın “Tampa Bay Rovdeys” komandasında çıxış edib.

İngiltərə millisində də 56 oyunda iştirak edən Koul, bu matçlarda 10 qol vurub.