İngiltərə

“Tottenhem”ə 1 qol bəs etdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 12-ci tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutub. “Kardiff Siti” “Brayton”u, “Nyukasl” “Bornmut”u məğlub yola salıb.

“Sauthempton” - “Uotford”, “Haddersfild” - “Vest Hem” və “Lester” - “Bernli” oyunlarında qalib müəyyənləşməyib.

“Tottenhem” “Kristal Pelas” səfərinə yollanıb. London təmsilçisi minimal hesabla qələbə qazanıb. 

İngiltərə Premyer Liqası
12-ci tur

10 noyabr

Kardiff Siti - Brayton 2:1
Qol: Paterson, 28. Bamba, 90 - Dank, 6.

Sauthempton - Uotford 1:1
Qol: Qabbyadini, 20 - Holebas, 82.

Nyukasl - Bornmut 2:1
Qol: Rondon, 7; 40 - Lerma, 45.

Haddersfild - Vest Hem 1:1
Qol: Pritçard, 6 - Anderson, 74.

Lester - Bernli 0:0

Kristal Pelas - Tottenhem 0:1
Qol: Foyt, 66.

11 noyabr

16:00 Liverpul - Fulhem
18:15 Çelsi - Everton
20:30 Arsenal - Vulverhempton
20:30 Mançester Siti - Mançester Yunayted