İngiltərə

Premyer Liqa klubunda 6 aylıq itki

İngiltərənin “Vest Hem” klubu ciddi itki ilə üzləşib.

Dsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin futbolçusu Andrey Yarmolenko zədələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə Premyer Liqanın 9-cu turunda “Tottenhem”lə oyunda zədələnən ukraynalı futbolçunun 6 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib. 

Yarmolenko yay transfer pəncərəsi dövründə Dortmund “Borussiya”sından "Vest Hem"ə transfer edilmişdi.