İngiltərə

Qol vurdu, Premyer Liqanın tarixinə düşdü

İngiltərə Premyer Liqasının 9-cu turunda “Lester”ə 3:1 hesabıyla qalib gələn “Arsenal”ın alman futbolçusu Məsut Özil tarixə keçib.

Dsport.az xəbər verir ki, bu oyunda 1 qol, 1 məhsuldar ötürməylə yadda qalan türk əsilli almaniyalı futbolçu Premyer Liqada vurduğu qolların sayını 30-a çatdırıb. Bununla da, o, Premyer Liqa tarixində ən çox qol vuran alman futbolçu olub.

2013-cü ildən “topçular”ın heyətində çıxış edən 30 yaşlı yarımmüdafiəçi 30 qol həddinə 149 oyunda çata bilib.

Bu mövsüm Premyer Liqada 7-ci qələbəsini qazanan “topçular” 21 xalla 4-cü yerdə qərarlaşıb.