İngiltərə

İddialılardan qələbə, MY və “Çelsi”dən heç-heçə

Futbol üzrə İngiltərə Premyer Liqasında 9-cu tura start verilib.

Dsport.az xəbər verir ki, turun açılış matçı Londonda baş tutub. “Çelsi” öz meydanında “Mançester Yunayted”i qəbul edib. Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib.

“Liverpul” səfərdə “Huddersfild”i sınağa çəkib və minimal hesabla qalib gəlib. "Tottenhem" də "Vest Hem"lə səfər matçında oxşar hesabla üstün olub.

Son çempion "Mançester Siti" evdə "Bernli"yə 5 cavabsız qolla qalib gəlib.

İngiltərə Premyer Liqası
9-cu tur

20 oktyabr

Çelsi - Mançester Yunayted 2:2
Qol: Rudiger, 21. Barkli, 90 - Marsyal, 55; 73.

Bornmut - Sauthempton 0:0

Kardiff Siti - Fulhem 4:2
Qol: Mörfi, 15. Reyd, 20. Paterson, 65. Harris, 87 – Şürrle, 11. Sessenyon, 34.

Mançester Siti - Bernli 5:0
Qol: Aquero, 17. B.Silva, 54. Fernandinyo, 56. Mahrez, 83. Sane, 90.

Nyukasl - Brayton 0:1
Qol: Kayal, 29.

Vest Hem - Tottenhem 0:1
Qol: Lamela, 44.

Vulverhempton - Uotford 0:2
Qol: Kapue, 20. R.Pereyra, 21.

Haddersfild - Liverpul 0:1
Qol: Salah, 24.

21 oktyabr

19:00 Everton - Kristal Pelas

22 oktyabr

23:00 Arsenal - Lester