İngiltərə

“Arsenal”ın futbolçusu sıraya döndü

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan İngiltərənin “Arsenal” klubunun futbolçusu Danni Uelbek zədəsini sağaldıb.

Dsport.az xəbər verir ki, 27 yaşlı forvard artıq komanda ilə birgə məşqlərə başlayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə Uelbekin Premyer Liqanın 9-cu turunda keçiriləcək “Arsenal” - “Lester” matçında iştirak edəcəyi bildirilib.

“Arsenal” Avroliqada “Qarabağ”ı ilk oyunda 3:0 hesabı ilə məğlub edib. Uelbek bu matça start heyətdə başlayıb və sona qədər meydanda qalıb.