İngiltərə

MS-nin braziliyalısı sıradan çıxdı

İngiltərənin “Mançester Siti” klubu ciddi itki ilə üzləşib.

Dsport.az xəbər verir ki, "şəhərlilər"in braziliyalı futbolçusu Danilo yığmasının Argentina ilə qarşılaşdığı yoxlama oyununda zədələnib. O, matçın 53-cü dəqiqəsində zədələnərək, Fabio Tavareslə əvəzlənib.

Danilonun zədəsinin ciddi olduğu və uzun müddət yaşıl meydanlardan uzaq qalacağı qeyd edilib.

Braziliya - Argentina matçı ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.