İngiltərə

“Ginnesin rekordlar kitabı”na düşdü - “Çelsi”nin futbolçusu


İngiltərənin “Çelsi” klubunun futbolçusu Sesk Fabreqas “Ginnesin rekordlar kitabı”na düşüb.

Dsport.az xəbər verir ki, ispaniyalı futbolçu İngiltərə Premyer Liqasında 100 qol ötürməsini hamıdan tez verib. O, cəmi 293 oyunda bu göstəriciyə nail olub.

Bundan əvvəlki rekord isə “Mançester Yunayted”in sabiq futbolçusu Rayan Giqqzə məxsus idi. Sesk onun göstəricisini 74 oyun yaxşılaşdırıb. Giqqz 100 qol ötürməsini 367 oyunda etmişdi.