İngiltərə

“Mançester Yunayted” “başsız” qaldı

İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Joze Mourinyo cəzalandırılıb.

Dsport.az xəbər verir ki, Premyer Liqanın 8-ci turu çərçivəsində keçirilmiş "Nyukasl"la ev oyununda etdiyi təhqirlər və əl hərəkəti kameralara düşən portuqaliyalı mütəxəssis bir oyunluq cəza alıb. 

55 yaşlı baş məşqçi şənbə günü “Stemford Bric” stadionunda keçiriləcək “Çelsi” ilə səfər qarşılaşmasında komandasının “sükanı arxasında” ola bilməyəcək.