İngiltərə

“Qarabağ”ın rəqibinin futbolçusu milli karyerasını başa vurdu

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan İngiltərənin “Arsenal” klubunun futbolçusu Loran Koselni Fransa yığmasındakı karyerasını bitirib.

Dsport.az xəbər verir ki, 33 yaşlı müdafiəçisi bu barədə Fransa mətbuatına açıqlama verib:

“Fransa millisinə bacardığım hər şeyi verdiyimi düşünürəm. Hazırda komandada çox gözəl yeni nəsil var. Mənim milli karyeram başa çatdı. Hər zaman milliyə dəstək olacam, çünki ölkəmizi təmsil edir. Lakin daha milli komandada çıxış etməyəcəm”.

Zədə səbəbindən DÇ-2018-ə yollana bilməyən Koselni, 2011-ci ildə Fransa millisində debüt edib. O, yığmanın heyətində 51 oyun keçirib və 1 qol vurub.

Koselni 2010-cu ildə Fransanın “Loryan” klubundan “Arsenal”a transfer edilib.