İngiltərə

“Arsenal”ın 2 futbolçusu “Qarabağ”a qarşı oynamayacaq

İngiltərənin “Arsenal” klubu Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyunda iki futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.

Dsport.az xəbər verir ki, “topçular”ın futbolçularından Karl Cenkinsonla Loran Koselni zədədən əziyyət çəkir. Onların yalnız noyabr ayında komandaya qoşulacağı gözlənilir. Bu isə o deməkdir ki, hər iki futbolçu Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la Bakıdakı səfər oyununda iştirak edə bilməyəcək. Bu barədə xəbəri London klubunun rəsmi saytı yayıb.

"Qarabağ" - "Arsenal" matçı oktaybrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:55-də start götürəcək.