İngiltərə

“Çelsi”dən 5 illik imza

İngiltərənin “Çelsi” klubu gənc futbolçusu Etan Ampadu ilə yeni müqavilə imzalayıb.

Dsport.az xəbər verir ki, 18 yaşlı futbolçu 2023-cü ilə qədər “zadəganlar”ın şərəfini qoruyacaq. Bu barədə klubun rəsmi saytı məlumat verib.

Ampadu 2017-ci ilin yayında İngiltərə 2-ci liqa təmsilçisi “Ekseter Siti” klubundan transfer edilib.

Uels millisinin də şərəfini qoruyan Ampadu, “Çelsi”də ötən mövsüm İngiltərə Karabao kubokunun 3-cü turunda “Nottinqem Forrest”ə qarşı keçirilən oyunda debüt edib.