İngiltərə

“Çelsi” və MS evdə, MY və “Liverpul” səfərdə qalib gəldi

Futbol üzrə İngiltərə Premyer Liqasında növbəti turun oyunlarına start verilib.

Dsport.az xəbər verir ki, açılış oyunu “Tottenhem”la “Liverpul” arasında keçirilib. Üç qolun qeydə alındığı matçda qonaqlar qələbəni bayram edən tərəf olublar.

“Qarabağ”ın Avropa Liqasındaki rəqibi “Arsenal” çətin “Nyukasl” səfərindən qələbə ilə qayıdıb.

Turun maraqla gözlənilən qarşılaşmasında yeni mövsümə uğurlu start verən “Uotford” “Mançester Yunayted”lə münasibətlərinə aydınlıq gətirib. “Qırmızı şeytanlar” əvvəlki 4 oyunun hamısından qalib ayrılan bu rəqibinin uğurlu seriyasına son qoymağı bacarıblar.

Son çempion “Mançester Siti” isə evdə “Fulhem”i böyük hesabla məğlub edib.

İngiltərə Premyer Liqası
5-ci tur

15 sentyabr

Tottenhem - Liverpul 1:2
Qol: Lamela, 90 – Veynaldum, 39. Firmino, 54.

Mançester Siti - Fulhem 3:0
Qol: Sane, 2. D.Silva, 21. Sterlinq, 47.

Nyukasl - Arsenal 1:2
Qol: Klark, 90 – Caka, 49. Özil, 58.

Haddersfild - Kristal Pelas 0:1
Qol: Zaha, 38.

Bornmut - Lester 4:2
Qol: Freyzer, 19; 37. Kinq, 41-pen. Smit, 81 – Meddison, 88-pen. Olbrayton, 89.

Çelsi - Kardiff Siti 4:1
Qol: Azar, 37; 44; 80. Villian, 83 – Bamba, 16.

Uotford - Mançester Yunayted 1:2
Qol: Qrey, 65 – Lukaku, 35. Smollinq, 38.

16 sentyabr

16:30 Vulverhempton - Bernli
19:00 Everton - Vest Hem

17 sentyabr

23:00 Sauthempton - Brayton