İngiltərə

London derbisində “Çelsi” sevindi

Futbol üzrə İngiltərə Premyer Liqasında 2-ci turun oyunlarına start verilib.

Dsport.az xəbər verir ki, turun ilk matçında çempionata məğlubiyyətlə başlayan “Kardiff Siti” doğma divarlar arasında “Nyukasl”ı qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb.

“Everton” doğma meydanda “Sauthempton”a, “Lester Siti” “Vulverhempton”a, “Tottenhem” “Fulhem”ə qalib gəlib. “Vest Hem” “Bornmut”la ev oyunundan məğlub ayrılıb.

Turun maraqla gözlənilən qarşılaşması isə Londonda baş tutub. “Çelsi” “Arsenal”ı qəbul edib. Beş qolun vurulduğu paytaxt derbisindən “zadəganlar” qalib ayrılıblar.

İngiltərə Premyer Liqası
2-ci tur

18 avqust

Kardiff Siti – Nyukasl 0:0

Everton – Sauthempton 2:1
Qol: Uolkott, 15. Riçarlison, 31 – İnqz, 54.

Lester Siti – Vulverhempton 2:0
Qol: Doherti, 29. Meddison, 45.

Tottenhem – Fulhem 3:1
Qol: Moura, 43. Trippyer, 74. Keyn, 77 – Mitroviç, 52.

Vest Hem – Bornmut 1:2
Qol: Arnautoviç, 33-pen – Vilson, 60. Kuk, 66.

Çelsi – Arsenal 3:2
Qol: Pedro, 9. Morata, 20. Alonso, 81 – Mxitaryan, 37. İvobi, 41.

19 avqust

16:30 Bernli - Uotford
16:30 Mançester Siti - Haddersfild
19:00 Brayton - Mançester Yunayted

20 avqust

23:00 Kristal Pelas - Liverpul