İngiltərə

MY hücumçusunu icarəyə verdi

İngiltərənin “Mançester Yunayted” klubu daha bir futbolçusunu icarəyə verib.

Dsport.az xəbər verir ki, Premyer Liqa nəhəngi hücumçu Ceyms Uilsonu Şotlandiyanın “Aberdin” klubuna icarəyə göndərib. Bu barədə Şotlandiya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

22 yaşlı futbolçu mövsümün sonunadək “Aberdin”də çıxış edəcək. Lakin həftəsinə 30 min funt-sterlinq qazanan oyunçunun maaşının böyük hissəsini yenə MY ödəyəcək.

Qeyd edək ki, MY Uilsonu artıq dördüncü dəfə icarəyə göndərir. Bu futbolçu daha öncə “Brayton”, “Derbi Kaunti” və “Şeffild Yunayted” klublarında da icarədə oynayıb. Ceymsin MY ilə müqaviləsinin müddəti gələn ilin yayında bitəcək.