İngiltərə

“Liverpul” darmadağınla, MS qələbə ilə başladı

Futbol üzrə İngiltərə Premyer Liqasında yeni mövsümün ilk turuna yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə daha üç qarşılaşma baş tutub.

"Sauthempton" - "Bernli" matçında hesab açılmayıb. 

"Liverpul" doğma meydanda "Vest Hem"ə dörd cavabsız qol vurub.

Turun mərkəzi görüşündə isə son çempion “Mançester Siti” “Arsenal”ın qonağı olub. Qonaqlar bu görüşdə iki cavabsız qolla qalib gəliblər. 

İngiltərə Premyer Liqası
1-ci tur

10 avqust

Mançester Yunayted - Lester 2:1
Qol: Poqba, 3. Şou, 83 - Vardi, 90.

11 avqust

Nyukasl - Tottenhem 1:2
Qol: Xoselu, 11 – Vertongen, 8. D.Alli, 18.

Bornmut - Kardiff Siti 2:0
Qol: Freyzer, 24. Vilson, 90.

Fulhem - Kristal Pelas 0:2
Qol: Şlupp, 41. Zaha, 79.

Haddersfild - Çelsi 0:3
Qol: Kante, 34. Jorjinyo, 45-pen. Pedro, 80.

Uotford - Brayton 2:0
Qol: R.Pereyra, 35; 54.

Vulverhempton - Everton 2:2
Qol: Neves, 44. R.Ximenes, 80 – Riçarlison, 17; 67.

12 avqust

Liverpul - Vest Hem 4:0
Qol: Salah, 19. Mane, 45; 53. Starric, 88.

Sauthempton - Bernli 0:0

Arsenal - Mançester Siti 0:2
Qol: Sterlinq, 14. B.Silva, 64.