İngiltərə

“Liverpul”un qapıçısı digər Premyer Liqa klubunda

İngiltərənin “Lester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi qapıçı Denni Uordu transfer edib. 

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, “Liverpul”dan transfer edilən futbolçu ilə 4 illik müqavilə imzalanıb.

İngiltərə mətbuatının yazdığına görə, “Lester Siti” bu transferə görə 11 milyon avrosundan keçməli olub. 

Uord son olaraq icarə əsasında “Haddersfild”də forma geyinib.