İngiltərə

Premyer Liqa klubundan 20 milyonluq transfer

İngiltərənin “Brayton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın “Lill” klubunun yarımmüdafiəçisi İv Bissumanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər 5 illik müqaviləyə imza atıblar. Fransa təmsilçisi bu transferdən 20 milyon avro qazanıb.

Mali yığmasının da şərəfini qoruyan Bissuma məhz “Lill”in yetirməsidi. O, 2016-cı ildən bu klubun əsas komandasında forma geyinirdi.