İngiltərə

MY-dən “Ayaks”a 20 milyon avroluq transfer

Hollandiyanın “Ayaks” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Erediviziya təmsilçisi Hollandiya millisinin üzvü Deyli Blindi transfer edib. Blind son illərdə “Mançester Yunayted” forması geyinib. “Ayaks” müdafiəçi üçün İngiltərə klubuna 20 milyon avro ödəyəcək.

28 yaşlı futbolçu son mövsümdə MY forması ilə 7 oyuna çıxıb.