İngiltərə

Danimarka yığmasının üzvü Premyer Liqa klubunda

İngiltərənin “Sauthempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Danimarka yığmasının müdafiəçisi Yannik Vesterqoru transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

25 yaşlı futbolçu Almaniyanın “Borussiya” (Münhenqladbax) klubundan transfer olunub. Onunla 4 illik müqavilə imzalanıb.

Vesterqorun peşəkar karyerası bütünlüklə Almaniya ilə bağlıdı. “Hoffenhaym”ın yetirməsi olan müdafiəçi 2015/16 mövsümünü “Verder”də keçirib. 2016-cı ildən etibarən isə o, Münhenqladbax klubunun şərəfini qoruyurdu.