İngiltərə

“Borussiya”dan Premyer Liqa klubuna

İngiltərənin “Haddersfild” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Dortmund “Borussiya”sının müdafiəçisi Erik Durmu heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər 1+1 illik müqaviləyə imza atıblar.

26 yaşlı futbolçu 2012-ci ildən “Borussiya”nın şərəfini qoruyurdu. O, Dortmund təmsilçisinə yetirməsi olduğu “Maynts”dan transfer edilmişdi. Almaniyalı futbolçu “Borussiya”nın heyətində 200-dən çox oyun keçirib.