İngiltərə

Premyer Liqa klubundan daha bir transfer

İngiltərənin “Vest Hem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi paraqvaylı müdafiəçi Fabian Balbuenanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasında 3 illik müqavilə imzalanıb. Paraqvay millisinin də şərəfini qoruyan 26 yaşlı müdafiəçi Braziliyanın “Korintians” klubundan transfer olunub. O, 2016-cı ildən bu klubun şərəfini qoruyurdu.

Balbuena karyerası ərzində Paraqvayın “Libertad”, “Nasional”, “Rubio No” klublarında da forma geyinib.