İngiltərə

Sarrili “Çelsi”dən ilk rəsmi transfer - FOTO

İngiltərənin “Çelsi” klubu bu gün yeni baş məşqçisi Mauritsio Sarrini təqdim edən kimi, ilk rəsmi transferini də açıqlayıb.

Dsport.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, “zadəganlar” İtaliyanın “Napoli” klubunun futbolçusu Jorjinyo ilə 5 illik müqavilə bağlayıb. Braziliyalı futbolçu yeni klubunda 5 nömrəli forma geyinəcək.

Xatırladaq ki, “Çelsi” bu gün həmçinin, “Napoli”nin “sükanı arxasından” ayrılan Mauritsio Sarri ilə də 3 illik müqavilə bağlayıb. İtaliyalı mütəxəssis yaxşı tanıdığı Jorjinyonu yeni komandasında da görmək istəyib.

Jorjinyo 2014-cü ildən “Napoli”də çıxış edirdi. İkili vətəndaşlığa malik braziliyalı İtaliya yığmasında da oynamağa imkan tapıb.