İngiltərə

“Çelsi”də yeni baş məşqçi - RƏSMİ

İngiltərənin “Çelsi” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Dsport.az xəbər verir ki, "Napoli"dən ayrılan Mauritsio Sarri London klubu ilə müqavilə bağlayıb. İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 59 yaşlı çalışdırıcının illik məvacibi 6 milyon avro olacaq.

"Çelsi"nin keçmiş futbolçusu Canfranko Zola isə Sarrinin köməkçisi olacaq.

Sarri “zadəganlar”ın “sükanı arxasında” digər italiyalı mütəxəssis Antonio Konteni əvəz edib.