İngiltərə

“Arsenal” fransalı futbolçu transfer etdi

İngiltərənin “Arsenal” klubu heyətinə yeni futbolçu qatıb.

Dsport.az xəbər verir ki, “topçular” 19 yaşlı fransalı futbolçu Matteo Qenduzini transfer edib. Matteonun keçidi “Arsenal”a 7 milyon funt-sterlinqə başa gəlib. Onunla 5 illik müqavilə bağlanıb.

Futbolçu “Arsenal”da 29 nömrəli formanı geyinəcək.

Matteo “Arsenal”a Fransanın “Loryan” klubundan transfer edilib.