İngiltərə

Premyer Liqa klubu “Arsenal”ın qapıçısı ilə gücləndi

İngiltərənin “Brayton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Premyer Liqa klubu “Arsenal”ın gənc qapıçısı Huqo Ketonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

20 yaşlı futbolçu yeni klubuna azad agent statusunda keçib. Bu üzdən də “Brayton” “topçular”a heç bir təzminat ödəməyəcək. Tərəflər 2 illik müqaviləyə imza atıblar.

Finlandiyalı qapıçı ölkəsinin “Honka” və HJK klublarının yetirməsidi. O, “Arsenal”a 2014-cü ildə transfer edilmişdi.