İngiltərə

İngiltərə Azərbaycandan dəstək istədi - DÇ-2030 üçün

İngiltərə Futbol Assosiasiyası 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək uğrunda mübarizədə dəstək üçün AFFA-ya müraciət edib.  

Dsport.az xəbər verir ki, bununla əlaqədar olaraq qurumun rəhbəri Qreq Klark Azərbaycanda səfərdə olub. AFFA rəhbərliyi görüş zamanı İngiltərə Futbol Assosiasiyasının müraciətinə müsbət cavab verib.

Klark Azərbaycanla yanaşı, Gürcüstan və Rusiyaya həmsərhəd olan digər ölkələrdə də səfərdə olub.

Qeyd edək ki, qalib ölkə FİFA-ya üzv olan 211 ölkə arasında səsvermə nəticəsində müəyyənləşəcək. İngiltərə sonuncu dəfə 1966-cı ildə keçirilmiş dünya çempionatına ev sahibliyi edib.