İngiltərə

Millinin qapıçısı rəsmən Premyer Liqa klubunda

Futbol üzrə Portuqaliya yığmasının qapıçısı Ruy Patrisionun yeni klubu müəyyənləşib.

Dsport.az xəbər verir ki, “Sportinq”lə yollarını ayıran 30 yaşlı qolkiper bundan sonra karyerasını İngiltərədə davam etdirəcək. O, yeni mövsümdən Premyer Liqada iştirak hüququ qazanan “Vulverhempton”la anlaşıb. Portuqaliyalı qapıçı yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

Ruy Patrisio 11 il idi ki, “Sportinq”də çıxış edirdi. Lakin bu klubda prezident və azarkeşlərlə futbolçular arasında baş verən qalmaqal nəticəsində komandanı tərk edənlərdən biri də millinin qolkiperi oldu. 

Onu da qeyd edək ki, Patrisio hazırda Portuqaliya yığmasının heyətində DÇ-2018-də iştirak edir.