İngiltərə

“Barselona”nın futbolçusu Premyer Liqa klubunda

“Barselona”nın yarımmüdafiəçisi Jerar Deulofeu İngiltərənin “Uotford” klubu ilə müqavilə imzalayıb.

Dsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi 24 yaşlı futbolçu üçün “Barselona”ya 11,5 milyon funt sterlinq ödəyəcək. O, İngiltərə klubu ilə 5 illik müqaviləyə imza atıb.

Deulofeu son mövsümün ikinci yarısını icarə əsasında məhz “Uotford”da keçirmişdi.