İngiltərə

“Liverpul” rəsmən açıqladı - 2 futbolçunun ayrılığını

İngiltərənin “Liverpul” klubu iki futbolçusu ilə vidalaşır.

Dsport.az xəbər verir ki, söhbət komandanın türk əsilli alman futbolçusu Əmrə Canla ingilis müdafiəçi Con Flanaqandan gedir. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Premyer liqa nəhəngi hər iki futbolçu ilə müqavilənin müddətinin bu ayın sonunda başa çatacağını açıqlayıb və onlara bundan sonrakı karyeralarında uğurlar diləyib.

Əmrə Canın İtaliya çempionu “Yuventus”a keçməsi gözlənilir. 24 yaşlı yarımmüdafiəçinin adı uzun müddətdi Turin klubu ilə birgə hallanır. 

Sağ cinah müdafiəçisi olan Flanaqan isə ötən mövsümü “Bolton”da keçirib. Onun yeni mövsümə hansı komandada başlayacağı bilinmir.