İngiltərə

Premyer Liqa klubunda 3,5 milyonluq transfer

İngiltərənin “Lester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Vest Bromviç”in müdafiəçisi Conni Evansı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

30 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. 

Britaniya mətbuatının yaydığı məlumata görə, transferin dəyəri 3,5 milyon funt-sterlinq təşkil edir.