İngiltərə

MY-dən daha bir rəsmi transfer - FOTO

İngiltərənin “Mançester Yunayted” klubu bu yay ikinci transferini rəsmiləşdirib.

Dsport.az xəbər verir ki, ötən gün Braziliya yığmasının və Ukraynanın “Şaxtyor” klubunun futbolçusu Fredi rənglərinə bağlayan “qırmızı-şeytanlar” bu gün “Portu”dan Dioqo Dalotu transfer edib. Bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

19 yaşlı portuqaliyalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. MY sağ cinah müdafiəçisinə görə Portuqaliya klubuna 21 milyon təzminat ödəyib.