İngiltərə

“Arsenal” ilk transferini açıqladı

İngiltərənin “Arsenal” klubu bu yayın ilk transferini rəsmiləşdirib.

Dsport.az xəbər verir ki, London klubu İtaliya çempionu “Yuventus”dan ayrılan Stefan Lixtştayneri heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

İsveçrəli futbolçu yeni komandasına azad agent kimi keçib. Tərəflər arasında 1 illik müqavilə imzalanıb. O, bu komandada 12 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, İsveçrə yığmasının futbolçusu 2011-ci ildən “Yuventus”da oynayırdı.