İngiltərə

Premyer Liqaya sonuncu vəsiqə də sahibini tapdı

Futbol üzrə İngiltərə Premyer Liqasına vəsiqə qazanan sonuncu klubuna adına aydınlıq gəlib.

Dsport.az xəbər verir ki, “Aston Villa” ilə qarşılaşan “Fulhem” pley-offun həlledici görüşündə 1:0 hesabıyla qalib gələrək, yenidən elitaya qayıdıb.

Xatırladaq ki, 2001-ci ildən Premyer Liqada mübarizə aparan “Fulhem” 2014-cü ildə Çempionşipə düşmüşdü.

Daha öncə “Kardiff Siti və “Vulverhempton” Premyer Liqaya vəsiqə əldə etmişdi.