İngiltərə

Premyer Liqa klubundan baş məşqçiyə yeni müqavilə

İngiltərə Premyer Liqa təmsilçisi “Sauthempton” baş məçqçisi Mark Hyuzla yeni müqavilə bağlayıb.

Dsport.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. “Müqəddəslər”in 54 yaşlı mütəxəssislə yeni anlaşmasının müddəti 3 illikdi. Uelsli məşqçinin köməkçiləri Mark Bouen və Eddi Nidvitski ilə də yeni müqavilə imzalanıb.

Hyuz “Sauthempton”un “sükanı arxasına” bu il keçib. Komanda onun rəhbərliyi altında İngiltərə Premyer Liqasının son mövsümünü 17-ci pillədə başa vuraraq, yüksək liqadakı yerini qoruyub.