İngiltərə

Sarri “Çelsi” ilə razılığa gəldi - İlinə 6 milyon avro

Mauritsio Sarri İngiltərənin “Çelsi” klubu ilə razılığa gəlib.

Dsport.az “La Repubblica”ya istinadən xəbər verir ki, “Napoli”dən ayrılan italiyalı mütəxəssis London klubu ilə 2 illik müqaviləyə imza atacaq. 

59 yaşlı mütəxəssis “zadəganlar”ın “sükanı arxasında” ilinə 6 milyon avro qazanacaq. Lakin “Çelsi” Sarriyə görə “Napoli”yə 8 milyon avro təzminat ödəməli olacaq.

Qeyd edək ki, “Çelsi” baş məşqçisi, italyan mütəxəssis Antonio Konte ilə yolları ayırmaq niyyətindədi. Sarri ilə danışıqlar müsbət yekunlaşsa, Konte dərhal istefaya göndəriləcək.

Sarri “Napoli”də 3 il fəaliyyət göstərib. Onu Neapol klubunda Karlo Ançelotti əvəz edib.