İngiltərə

Komandası Premyer Liqanı tərk etdi, istefaya göndərildi

“Suonsi Siti”nin portuqaliyalı baş məşqçisi Karlos Karvalhal vəzifəsindən uzaqlaşdırılıb.

Dsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 52 yaşlı mütəxəssisin istefasına sözügedən komandanın Premyer Liqanı tərk etməsi səbəb olub.

Qeyd edək ki, Karvalhal dekabr ayında bu komandanın baş məşqçi postuna təyin olunmuşdu. Lakin mövsüm ərzində keçirdiyi 38 oyundan yalnız 8-də qalib gəlib, 21 məğlubiyyətə üzülən “Suonsi Siti” 33 xalla Premyer Liqa ilə vidalaşmalı oldu.