İngiltərə

Premyer Liqa klubu baş məşqçisiz qaldı

İngiltərənin “Everton” klubu baş məşqçisi Sem Ellardaysla yollarını ayırıb.

Dsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə 63 yaşlı mütəxəssisin öz postunu tərk etdiyi qeyd edilib.

Təcrübəli mütəxəssis ötən il “Everton”un “sükanı arxasına” keçmişdi. Komanda onun rəhbərliyi altında İngiltərə Premyer Liqasının son mövsümünü 8-ci pillədə başa vurub.