İngiltərə

Paytaxt klubu antirekordunu yenilədi

İngiltərənin “Arsenal” klubu antirekorda imza atıb.

Dsport.az xəbər verir ki, London təmsilçisi ötən gecə Premyer Liqanın 31-ci turundan təxirə salınmış oyunda səfərdə “Lester”ə 1:3 hesabıyla uduzub. Bu, “topçular”ın səfər oyunlarında ardıcıl 7-ci məğlubiyyəti olub. 

Qeyd edək ki, yanvarın 14-dən başlayan uğursuz sindrom çərçivəsində londonlular daha öncə “Bornmut”, “Suonsi”, “Tottenhem”, “Brayton”, “Nyukasl” və “Mançester Yunayted”ə də məğlub olmuşdular.

Nəticədə, “Arsenal” öz antirekordunu yeniləyib. Komanda sonuncu dəfə 1966-cı ildə ardıcıl 6 səfər oyununda xalsız qalmışdı.