İngiltərə

“Liverpul”un futbolçusu mövsümü erkən başa vurdu – DÇ-də də olmayacaq

İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberleyn mövsümü erkən başa vurub.

Dsport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində İtaliyanın “Roma” klubu ilə ilk oyunun əvvəlində zədələnərək sıradan çıxan futbolçunun uzun müddətə sıradan çıxdığı bildirilib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, diz bağları qopan Aleksin ən yaxşı halda növbəti mövsümün əvvəlində hazır olması gözlənilir.

Bu isə o deməkdi ki, yarımmüdafiəçi nəinki “Liverpul”un qarşıdakı oyunlarını buraxacaq, həm də İngiltərə yığmasına bu yay Rusiyada keçiriləcək dünya çempionatında kömək edə bilməyəcək.