İngiltərə

MY finalda - VİDEO

Futbol üzrə İngiltərə Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilir.

Dsport.az xəbər verir ki, ilk oyun günündə “Mançester Yunayted”lə “Tottenhem” qarşılaşıb. Üç qolun qeydə alındığı qarşılaşmada Mançester klubu sevinən tərəf olub. Baxmayaraq ki, görüşdə hesabı London təmsilçisi açıb. Əzmkar qələbə “qırmızı şeytanlar”ı ilk finalçı edib.

Digər yarımfinalçının adına “Çelsi” - “Sauthempton” matçında aydınlıq gələcək.

İngiltərə Kuboku
Yarımfinal

21 aprel

Mançester Yunayted – Tottenhem 2:1
Qol: A.Sançes, 24. A.Herrera, 62 - D.Alli, 11.

22 aprel

18:00. Çelsi - Sauthempton