İngiltərə

Konte jurnalistlərin önündə həyat yoldaşının zəngini cavabsız qoydu - VİDEO

“Çelsi”nin baş məşqçisi Antonio Konte maraqlı olayla üzləşib.

Dsport.az xəbər verir ki, Konte “Bernli”ilə oyundan əvvəl keçirilən mətbuat konfransında danışarkən, onun telefonuna zəng gəlib. Mətbuat konfransını saxlayan Konte telefonu söndürüb və olaya zarafatyana münasibət bildirib:

“Zəng edən həyat yoldaşım idi. O, həmişə belədi, uyğun olmayan məqamda zəng edir. Buna görə məni cərimələyə bilərsiz.

Həqiqətən, belə məqamda narahat oluram. Sizlərdən kiməsə zəng gəlsəydi, mən əsəbiləşərdim”.

Jurnalistlərdən biri zarafatla bildirib ki, həyat yoldaşı Konteyə evə gələrkən süd almağı tapşırıb.