İngiltərə

Premyer Liqaya ilk vəsiqənin sahibi bəlli oldu

Çempionşipdən Premyer-Liqaya vəsiqə qazanan komandalardan biri bəlli olub.

Dsport.az xəbər verir ki, ilk vəsiqə “Vulverhempton”a nəsib olub. 92 xal toplayan “canavarlar” rəqiblər üçün əlçatmaz olublar.

“Vulverhempton” 6 ildən sonra Premyer Liqaya vəsiqə qazanıb. Komanda son dəfə 2011/2012 mövsümündə elitada çıxış edib.

Çempionşipdə 2-ci yeri tutan komanda da Premyer Liqaya birbaşa vəsiqə qazanacaq. 3-6-cı yerin sahibləri isə pley-off oyunlarında 3-cü vəsiqənin taleyini həll edəcəklər.